İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna qüvvələri Donetskdə irəliləyən rusları geri çəkilməyə məcbur etdi

Ukrayna müdafiə qüvvələri Donetsk vilayətinin Dobropolye rayonu istiqamətində hücum edən Rusiya qoşunlarını geri oturdub.

Musavat.com xəbər verir ki, bu barədə döyüş bölgəsindəki vəziyyəti izləyən “Deep State” layihəsi məlumat yayıb. Bildirilir ki, Ukrayna qüvvələrinin əks-həmlələri nəticəsində düşmən Rubejnoye, Zolotıy Kolodez, Veseloye, Volnoye, Şaxovoye, Nikanorovka və Suxetskoye yaşayış məntəqələri yaxınlığında da mövqelərini itirərək geri çəkilməyə məcbur olub.

Mənbə qeyd edir ki, son günlər Donetsk istiqamətində döyüşlərin intensivliyi artsa da, Ukrayna müdafiə xətti möhkəm saxlanılır. Hər iki tərəf ağır texnika və artilleriyadan fəal şəkildə istifadə edir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR