İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Liqası: “Qarabağ” məğlub oldu: pley-off şansını itirdi - VİDEO

İlk yayın vaxtı 21:49

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda Rumıniyanın FCSB komandasına məğlub olub.

"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda meydan sahibləri 2:3 hesabı ilə uduzublar.

Oyunda hesab 2-ci dəqiqədə açılıb. Ağdam təmsilçisinin heyətində Leandro Andrade fərqlənib. 5 dəqiqə sonra qonaqlar status-kvonu bərpa ediblər. Adrian Şut adını tabloya yazdırıb. 41-ci dəqiqədə “köhlən atlar” yenidən hesabda irəli çıxıb. Rəqib komandanın heyətində Dava Coyskim avtoqol müəllifi olub. 45+4-cü dəqiqədə Rumıniya kollektivinin heyətində David Mikelesku yenidən hesaba tarazlıq gətirib. FCSB kollektivinin heyətində 73-cü dəqiqədə dubl müəllifi olan Adiran Şut yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, 3 xalı olan Azərbaycan çempionu Avropa Liqasının Liqa mərhələsinin başa çatmasına bir tur qalmış pley-offa yüksəlmək şansını itirib.

 

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyununda beşinci qol vurulub.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar 3:2 hesabı ilə önə keçiblər.

Rumınların heyətində 73-cü dəqiqədə Adrian Şut dubl müəllifi olub.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyununda ilk hissə başa çatıb.

İlk hissədə 2:2 hesablı bərabərlik qeydə alınıb.

Rumıniya klubunun heyətində 45+4-cü dəqiqədə David Mikelesku bərabərlik qolunu vurub.

Matçı slovakiyalı baş hakim Filip Qlova idarə edir. 

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyununda üçüncü qol vurulub.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb - 2:1.

41-ci dəqiqədə qonaqların heyətində Dava Coyskim avtoqol müəllifi olub.

Matçı Slovakiyalı baş hakim Filip Qlova idarə edir. 

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyununda ikinci qol vurulub.

Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaq hesbaı bərabərləşdiriblər - 1:1.

7-ci dəqiqədə Adrian Şut fərqlənib.

Matçı Slovakiyalı baş hakim Filip Qlova idarə edir.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyununda hesab açılıb.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçın 2-i dəqiqəsində Leandro Andrade Ağdam təmsilçisini hesabda irəli çıxarıb.

Matçı Slovakiyalı baş hakim Filip Qlova idarə edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Yanvar 2025

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR