İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa liderlərinin sammiti başlayır: 150 milyardlıq hərbi büdcə təklifində nələr var?  

Bu gün Brüsseldə Avropa İttifaqının ikigünlük sammiti başlayır.

Musavat.com xəbər verir ki, sammitin əsas mövzusu Ukrayna və İttifaqın müdafiəsi ilə bağlıdır. Tədbirdə Avropa Komissiyası üzv dövlətlərin 150 milyard avroluq kreditə çıxış əldə edəcəyi SAFE yeni Aİ müdafiə təşəbbüsünün qəbul ediləcəyi gözlənilir.

Avropa Komissiyasının sammitöncəsi təqdimatından aydın olur ki, vəsait ilk növbədə Avropa İttifaqı və Ukraynada istehsal olunan silah komponentlərinə yönəldilməlidir. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, birliyin Ukraynadan öyrənməli olduğu məsələlər var: "Ukrayna döyüş meydanından öyrənməli olduğumuz çox şey var. Biz Ukrayna üçün və onunla birlikdə müdafiə sistemlərini inkişaf etdirməyi bacarmalıyıq".

Kallas qeyd edib ki, Avropa Komissiyasının müdafiə təşəbbüsü Ukraynaya dəstəklə bağlı son yeni təklifləri də nəzərə alıb: “Xüsusən, əlavə döyüş sursatları - ildə ən azı iki milyon, həmçinin hava hücumundan müdafiə sistemləri və pilotsuz uçan aparatlar, eləcə də Ukrayna briqadalarının təlimi və təchiz edilməsi. Buraya həmçinin Ukraynanın müdafiə sənayesinə birbaşa dəstək, eləcə də kosmik xidmətlərə çıxışın genişləndirilməsi daxildir. Avropa Komissiyasının təklif etdiyi yeni SAFE aləti bu ambisiyaları dəstəkləyəcək".

“Azadlıq” radiosunun məlumatına görə, Aİ liderlərinin martın 20-də Brüsseldə başlanacaq sammitinin kommünike layihəsində Avropa İttifaqının Ukraynaya maliyyə və hərbi yardımı davam etdirəcəyi qeyd olunub. Blok həmçinin Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və təkid edir ki, Rusiya “müharibəyə son qoymaq üçün real siyasi iradə nümayiş etdirməlidir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Mart 2025

BÜTÜN XƏBƏRLƏR