İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyasında islahat dalğası: Fon der Lyayenin büdcə planı

 Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen büdcə üzərində nəzarəti gücləndirmək üçün islahat planı hazırlayıb.

Musavat.com xəbər verir ki,  bu barədə "Politico" nəşri məlumat yayıb.

Plana əsasən, Avropa Komissiyasının islahatlar bölməsinin təxminən 200 əməkdaşı koronavirusdan sonrakı bərpa fondunun vəsaitlərinin idarə edilməsi ilə məşğul olan bölməyə köçürüləcək. Əgər bu dəyişiklik təsdiqlənsə, Fon der Lyayen həmin bölməyə cavabdeh olan komissar, onun müavini Elisa Fittodan daha geniş səlahiyyətlər əldə edəcək.

Bu addım büdcənin daha effektiv idarə olunması və resursların şəffaf bölüşdürülməsi məqsədi daşısa da, tənqidçilər bunu fon der Lyayenin öz siyasi mövqeyini gücləndirmək cəhdi kimi qiymətləndirə bilərlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR