İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyası Çin nəhəngində qəfil yoxlamalar başlatdı: Pekindən kəskin etiraz

Avropa Komissiyası (AK) Avropa Birliyi ərazisində fəaliyyət göstərən böyük bir xarici şirkətdə qəfil yoxlamalar aparır.

Musavat.com xəbər verir ki, bu barədə Komissiyanın mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yoxlamalar şirkətin öz ölkəsində dövlətdən aldığı subsidiyalar hesabına Avropa bazarında rəqabəti pozması ehtimalı ilə bağlı olub: "Avropa Komissiyası Avropa İttifaqında təhlükəsizlik avadanlığının istehsalı və satışı ilə məşğul olan şirkətin binalarında qəfil yoxlamalar aparır. Avropa Komissiyası təftiş olunan şirkətin xarici subsidiyalar alması ilə bağlı şübhələrə malikdir və bu, daxili bazarda xarici subsidiyalarla bağlı qanunvericilikdə nəzərdə tutulan pozuntulara səbəb ola bilər”.

Avropa Komissiyası daxili bazarda üstünlük yaradan xarici subsidiyaların mövcudluğuna dair kifayət qədər sübut tapsa, dərin araşdırmaya başlayacaq.

Komissiyanın açıqlamasından sonra Sinxua agnetliyi yoxlamaların böyük Çin şirkətində aparıldığını bildirib. Agentliyin məlumatına görə, Avropa İttifaqı yanında Çin Ticarət Palatası Aİ-nin Çin şirkətinin Polşa və Hollandiyadakı ofislərinə reydlər keçirməsindən sonra “dərin şok və narazılıq” keçirdiyini bildirib. Avropa Komissiyası tərəfindən səlahiyyətli hüquq-mühafizə orqanlarının bu gün səhər şirkətin sənaye subsidiyaları alıb-almadığını araşdırmaq üçün "heç bir bildiriş olmadan" reydlər keçirdiyi bildirilir: “Onlar şirkətin informasiya texnologiyaları avadanlığını və işçilərinin mobil telefonlarını ələ keçirib, rəsmi sənədləri diqqətlə araşdırıb və müvafiq məlumatlara çıxış tələb ediblər”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR