İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqının patrul missiyası bu gün Zəngəzura gəlir

Avropa İttifaqı Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində bu gündən Ermənistanda Aİ-nin mülki missiyasını (EUMA) başladır.

Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, mülki işçi heyəti təxminən 100 nəfərdən ibarət olacaq, onların 50-yə yaxını silahsız müşahidəçidir.

Avropa İttifaqının Xarici Fəaliyyət Siyasəti Xidmətinin Mülki Planlaşdırma departamentinin (CPCC) idarəedici direktoru Stefano Tomat mülki əməliyyatlar komandiri, Markus Ritter isə missiya rəhbəri vəzifəsini icra edəcək.

Qeyd edək ki, EUMA rəsmi olaraq 23 yanvar 2023-cü il tarixində Aİ Şurasının qərarı ilə yaradılıb. Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində yerləşdiriləcək missiyanın məqsədi iki il müddətində Ermənistanın sərhədyanı ərazilərində sabitliyə töhfə vermək, münaqişənin təsirinə məruz qalmış ərazilərdə etimadı və insan təhlükəsizliyini gücləndirmək və Aİ tərəfindən dəstəklənən Ermənistan və Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR