İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqından xəbərdarlıq: “Tramp Putini razı salmasa, Ukraynaya 80 milyard avroluq silah gedəcək”

Avropa Komissiyasının müdafiə üzrə komissarı Andryus Kubilyus Ukraynaya hərbi dəstək məsələsində diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, o, ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putini sülhə razı sala bilməyəcəyi təqdirdə, Avropa İttifaqının Ukraynaya hərbi yardımını kəskin artıracağını bildirib.

Kubilyus vurğulayıb ki, hazırda Avropa və ABŞ birlikdə Ukraynaya illik təxminən 40 milyard avro həcmində hərbi dəstək göstərirlər. Lakin Avropa bu vəsaiti artıq birbaşa Ukraynada istehsal olunan daha ucuz və effektiv silahlara yönəltməyi planlaşdırır.

“Ukraynada istehsal olunan silahlar Avropa və ABŞ-da istehsal edilənlərlə müqayisədə iki dəfə ucuz başa gəlir. Bu isə o deməkdir ki, həmin 40 milyarda ikiqat silah alınacaq. Reallıqda bu, 80 milyard avroluq güc deməkdir,” – deyə Kubilyus bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2025

BÜTÜN XƏBƏRLƏR