İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqından MÜHÜM QƏRAR - 2030-cu ilə qədər...

Avropa İttifaqı Şurası (Aİ) və Avropa Parlamenti (AP) bərpa olunan enerji ilə bağlı müvəqqəti razılaşma əldə ediblər.

Musavat.com xəbər verir ki, razılaşmaya əsasən, Aİ-nin ümumi enerji istehlakında bərpa olunan enerjinin payı 2030-cu ilə qədər 42,5 faizə çatdırılacaq və bu nisbət 45 faizə qədər artırıla bilər.

Nəqliyyat sektorunda iki variant təklif edən razılaşmaya görə, üzv dövlətlər 2030-cu ilə qədər nəqliyyatda istixana qazlarının intensivliyini 14,5 faiz azaldacaq və ya 2030-cu ilə qədər nəqliyyat sektorunda son enerji istehlakında bərpa olunan enerjinin payını 29 faizə çatdıracaq.

Sənaye sektorunda bərpa olunan enerjidən istifadənin hər il 1,6 faiz artırılmasını nəzərdə tutan saziş çərçivəsində 2030-cu ilə qədər binalarda bərpa olunan enerjinin payı ən azı 49 faizə çatacaq. Müqaviləyə əsasən, bərpa olunan enerji layihələrinin təsdiqi prosedurları da sürətləndiriləcək.

Bu gün əldə olunan müvəqqəti razılaşma əvvəlcə Şuradakı Daimi Nümayəndələr Komitəsinə və parlamentə təqdim olunacaq. Parlament və Şuranın rəsmi təsdiqindən sonra qüvvəyə minəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR