İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqına üzvlük Ukraynaya 186 milyard avro qazandıracaq

Ukraynanın Avropa İttifaqına daxil olması ona yeddi il ərzində İttifaq büdcəsindən 186 milyard avro almağa imkan verəcək ki, bu da assosiasiyanın bir neçə üzv ölkəsini ilk dəfə olaraq xalis ödəyicilərə çevirəcək.

Musavat.com xəbər verir ki, bunu “Financial Times” qəzeti Aİ Şurasının Katibliyinin yeni üzvlərin qəbulunun Aİ üçün maliyyə nəticələrini qiymətləndirən sənədinə istinadən yazıb.

Hazırda ümumilikdə səkkiz dövlətin Avropa İttifaqına namizəd statusu var. Bunlar Albaniya, Türkiyə, Şimali Makedoniya, Monteneqro, Serbiya, Moldova, Ukrayna, həmçinin Bosniya və Herseqovinadır.

Ukrayna Aİ-nin vahid kənd təsərrüfatı siyasəti çərçivəsində 96,5 milyard avro, eləcə də iqtisadi və sosial bərabərsizliklərin azaldılması və davamlı inkişafın təşviqi məqsədi ilə Aİ Birlik Fondundan 61 milyard avro alacaq.

Qəzet yazır ki, Aİ-nin genişlənməsi Brüsselə ümumilikdə 256,8 milyard avroya başa gələcək.Tələb olunan dəyişikliklərin gözlənilən miqyası blok daxilində maliyyə balansında kəskin korrektələr edəcək: “Bütün üzv ölkələr daha çox ödəməli və Aİ büdcəsindən daha az pul almalı olacaqlar. Eyni zamanda hazırda xalis alıcı olan bir çox dövlətlər (büdcəyə daha az pul qoyub daha çox alırlar – red) xalis ianəçilər olacaq”.

Müəlliflərin fikrincə, yeni üzv ölkələrin gəlməsi ilə cari büdcə 21 faiz artaraq 1,47 trilyon avroya çatacaq. Bu, 36 ölkənin ümumi milli gəlirinin təxminən 1,4 faizinə uyğundur. "Qətiyyətli dəyişikliklər" Almaniya, Fransa və Hollandiya kimi daha zəngin dövlətlərin büdcə töhfələrində əhəmiyyətli artımlarla nəticələnə bilər. Genişlənmənin digər nəticəsi Aİ-nin hazırkı üzv dövlətlərində fermerlərə verilən subsidiyaların 20 azaldılması olacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR