İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Ukraynaya hava müdafiəsi və hərbi dəstəyin artırılması çağırışını etdi

 

Mətn: Avropa İttifaqı (Aİ) liderləri 2024-cü ilin son zirvəsindən sonra verdikləri yazılı bəyanatda Ukraynaya hərbi yardım və dəstəyin artırılması niyyətini bir daha təsdiqləyiblər.

Bəyanatda vurğulanıb: “Avropa Şurası, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini təsdiqləyir. Aİ, Ukraynaya və onun xalqına siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstək verməkdə qətiyyətlidir və bunu lazım olduğu müddətdə davam etdirəcək.”

Aİ liderləri, Ukrayna Silahlı Qüvvələrinə hava müdafiə sistemləri, sursat və raketlər tədarükünün artırılmasının, habelə hərbi təlimlərin sürətləndirilməsinin vacibliyini qeyd ediblər.

Eyni zamanda, Ukrayna ilə bağlı hər hansı bir sülh təşəbbüsünün yalnız Ukraynanın iştirakı ilə müzakirə edilməli olduğuna xüsusi diqqət çəkilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Dekabr 2024

19 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR