İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı su böhranı ilə üz-üzə: 2030-a qədər istehlak 10% azaldılacaq

Avropa İttifaqı 2030-cu ilə qədər su istehlakını 10 faiz azaltmaq üçün plan hazırlayıb.

Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb. Sənədin rəsmi təqdimatı gələn ay gözlənilir.

Planın əsas məqsədi Aİ ölkələrində artmaqda olan uzunmüddətli və genişmiqyaslı quraqlıqlara qarşı qabaqlayıcı tədbirlərin görülməsidir. Nəşr yazır ki, artıq bəzi ölkələrdə suya ciddi məhdudiyyətlər tətbiq edilib – məsələn, bağların şlanqla sulanması və hovuzların doldurulması qadağan olunub.

Avropa Su Assosiasiyası (EarEau) bildirir ki, hazırda Aİ-də istifadə olunan suyun təxminən 25 faizi sızmalar səbəbilə itirilir. Bu göstərici bəzi ölkələrdə daha da yüksəkdir – məsələn, Bolqarıstanda itkilər 60 faizədək çatır.

Ekspertlər vurğulayırlar ki, Aİ-nin su infrastrukturu ciddi yenilənməyə ehtiyac duyur. Bu məqsədlə hər il təqribən 23 milyard avroluq investisiyaya ehtiyac var. Yeni plan su ehtiyatlarının qorunması üçün həm texniki, həm də hüquqi tədbirləri əhatə edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

BÜTÜN XƏBƏRLƏR