İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı sanksiyalar üzrə xüsusi nümayəndə vəzifəsi təsis edəcək

Avropa İttifaqı (Aİ) sanksiyalar üzrə xüsusi nümayəndə vəzifəsi təsis etməyi və ABŞ-dakı keçmiş səfir Devid O'Sullivanı bu vəzifəyə təyin etməyi planlaşdırır.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “The Financial Times” məlumat yayıb.

Məlumata görə, o, bu vəzifəni yeni ilin yanvar ayından etibarən icra edə bilər.

Məqsəd Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yayınma hallarının qarşısını almaqdır.

ABŞ və Aİ xüsusilə rəsmi Ankaranı Rusiyaya sənaye və müdafiə məhsullarının tədarükünə tətbiq edilən sərt ixrac nəzarətindən yayınmağa çalışan tacirlərə qarşı tədbir görməyə çağırır.

Aİ rəsmisi bildirib ki, rəsmi Brüsselin yaxından izlədiyi digər ölkələr arasında Serbiya və Birləşmiş Ərəb Əmirliyi də var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR