İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiya paketini təsdiqləyə bilmədi


Avropa İttifaqı sammiti 18-ci anti-Rusiya sanksiyalar paketini təsdiq edə bilməyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı Avropa İttifaqı Şurasının rəhbəri Antonio Kosta sammitin yekunlarına dair mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə, sənəd üzərində iş davam etdiriləcək.

Öz növbəsində, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen paket üzərində işin "tam sürətlə" davam etdiyini bildirib, lakin onun tamamlanmasının mümkün müddəti barədə heç nə deməyib.
Brüsseldəki diplomatik mənbələrdən verilən məlumata görə, sammitdə növbəti sanksiyalar paketinin təsdiqi Slovakiya tərəfindən əngəllənib, indi bu məsələ yenidən Aİ ölkələrinin səfirləri tərəfindən müzakirə olunacaq.

Qeyd edək ki, Aİ sammitində Ukraynadakı işğalçı müharibənin səbəbkarı olan Rusiyaya ikinci “yaxşılığı” Macarıstan edib: Ukraynanın Aİ-yə qəbulu ilə bağlı danışıqlara başlamaq qərarını veto hüququndan istifadə etməklə bloklayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR