İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı rusiyalı gübrə istehsalçılarına qarşı sanksiyaları yumşaldacaq

Avropa İttifaqı gübrə istehsalı ilə məşğul olan bir sıra rusiyalı sahibkarlar üçün sanksiyaları yüngülləşdirəcək.

AZƏRTAC xəbər verir ki, EUobserver portalı bu barədə adı açıqlanmayan diplomatlara istinadla məlumat yayıb. Məlumata görə, Aİ ölkələri Afrikaya ərzaq və gübrə tədarükünün maliyyələşdirilməsinə ehtiyac yaranacağı təqdirdə Avropa Komissiyası ilə əvvəlcədən məsləhətləşdikdən sonra həmin şəxslərin hesablarını aça biləcək.

İstisnaların tətbiqi ilə bağlı 11 saat davam edən müzakirələrdən sonra Litva və Polşa rusiyalı biznesmenlərin vəsaitləri üzərinə qoyulan qadağaların ittifaqa üzv bütün ölkələrdə aradan qaldırılacağı təqdirdə Moskvaya qarşı növbəti sanksiyalar paketinin qəbulunu əngəlləməklə hədələyib. Bununla belə, Fransa, Almaniya, Hollandiya, Belçika, İtaliya, Portuqaliya və İspaniya qida təhlükəsizliyi səbəbindən sanksiyaların yüngülləşdirilməsində israr edib.

Bu ərəfədə Avropa İttifaqının üzvü olan 27 ölkənin səfirləri Ukraynadakı müharibə səbəbindən Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi ilə bağlı razılığa gəlib. Növbəti sanksiyalar paketinin bu gün təsdiqlənəcəyi gözlənilir.

“Financial Times” qəzetinin məlumatına görə, bir müddət öncə Belçika, Almaniya, İspaniya, Hollandiya, Portuqaliya və Fransa mövcud qaydaların inkişaf etməkdə olan ölkələrə ərzaq məhsullarının çatdırılmasını çətinləşdirdiyi üçün Avropa İttifaqı rəhbərliyini Rusiya taxılının və gübrələrinin ixracı ilə bağlı sanksiyaları korrektə etməyə çağırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR