İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Rusiya mənşəli aktivlərin Ukraynaya veriləcəyini açıqladı

Avropa İttifaqı indiyədək Rusiya oliqarxlarına məxsus 13,8 milyard avro vəsaitin üzərinə əl qoyub. Musavat.com bildirir ki, bu rəqəmi Avropa İttifaqının hüquqi məsələlər üzrə komissarı Didye Reynders bu gün açıqlayıb. Onun dediyinə görə, hazırda bu vəsaitləri müsadirə etmək üçün hüquqi mexanizm yoxdur.

Avropa komissarı qeyd edib ki, payıza doğru Avropa İttifaqının Rusiya oliqarxlarının, həmçinin sanksiyalardan yayınmağa çalışan Rusiya şirkətlərinin aktivlərini müsadirə edərək Ukraynaya verilməsini mümkün edəcək direktiv qəbul olunacaq: “Oktyabrda mən Avropa Birliyinin sanksiyalarından yayınmağı cinayət məsuliyyəti hesab edəcək direktivi təqdim edəcəm. Bu direktiv Avropa Birliyi ölkələrinin məhkəmələrinə aktivləri müsadirə etməyə imkan verəcək.Daha sonra həmin aktivlər Ukraynaya yardım fonduna köçürüləcək”.

Qeyd edək ki, iyulun əvvəlində Blooberg öz mənbələrinə istinadən Avropa Birliyinin Rusiyalı varlılara məxsus 14 milyard avronu dondurduğunu açıqlamışdı. Mənbə Avropa Birliyinin sanksiya altına düşən rusiyalıların Avropadakı aktivlərini aşkarlamaq üçün fəaliyyətləri gücləndirdiyini bildirmişdi.

İyun ayında ABŞ-da dondurulmuş 330 milyard dollarlıq Rusiya aktivinin müsadirəsinə imkan verəcək qanunverici bazanın yaradılmasına başlanıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR