İnsanlara hürriyət, millətlərə istiqlal!

“Avropa İttifaqı Orta Asiyaya 100 milyard avro yönəldib” –Borrel

“Orta Asiyada yeni dinamika meydana çıxır”.

Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel bildirib.

“Aydındır ki, Rusiya, eləcə də Çin mühüm rol oynayıb və oynamaqda davam edir. Eyni zamanda, aydındır ki, region öz münasibətlərini şaxələndirməyə çalışır və Avropa İttifaqını ən uyğun tərəfdaş hesab edir”, – Borrel deyib.

Onun sözlərinə görə, regional liderlər islahatlar həyata keçirirlər. Bundan başqa, Orta Asiya dövlətləri arasında əlaqələr yaxşılaşır.

Borrel qeyd edib ki, son 10 ildə Aİ regiona 100 milyard avrodan çox vəsait yönəldib: “Bu da Avropa İttifaqını Rusiya və Çini qabaqlayaraq ən böyük birbaşa xarici investisiya mənbəyinə çevirib. Bundan başqa, biz tezliklə diplomatik münasibətlərin 30 illiyini qeyd edəcəyik. Əsas vəzifə bu təməllərin qoyulması və sürətlə dəyişən geosiyasi konteksti nəzərə alaraq yeni impuls verməkdir”.

Aİ rəsmisi vurğulayıb ki, ticarət və investisiyaların inkişafı üçün möhkəm qaydalar və beynəlxalq hüquqa hörmət lazımdır: “Qaydalara əsaslanan beynəlxalq nizam dövlətləri təhlükəsiz, insanları azad, şirkətləri isə investisiya etməyə hazır edir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR