İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Orbanın vetosundan yan keçir – Ukraynaya 50 milyard veriləcək

Avropa İttifaqının növbəti maliyyə yardımı, o cümlədən Rusiya Federasiyasının müsadirə olunmuş aktivlərindən əldə edilən gəlirlər yeni model üzrə Ukraynaya veriləcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, pul Aİ Sülh Fondu deyilən qurum vasitəsilə deyil, Aİ büdcəsindən proqramlar çərçivəsində ayrılacaq. Bu, Macarıstan və onun baş naziri Viktor Orbanın qərarın qarşısını almasını qeyri-mümkün edəcək. Razılaşmanın yaxın iki gündə bağlanacağı gözlənilir.

KİV-in məlumatına görə, çərşənbə günü, oktyabrın 9-da Avropa İttifaqı ölkələrinin səfirlərinin xətti ilə Ukraynaya ayrılan kreditdə Aİ-nin payına dair siyasi razılaşmanın bağlanacağı gözlənilir. G7 müvafiq qərarı hələ iyun ayında qəbul etmişdi. Kredit Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən mənfəət hesabına ödəniləcək, onun məbləği təkcə Aİ-də təxminən 300 milyard dollardır.

Kreditin ümumi həcmi 50 milyard dollardır. Bunun 35 milyard dolları Avropa İttifaqı tərəfindən ayrılacaq.

Belə hallarda Brüssel Aİ-nin büdcədənkənar xüsusi fondundan - Sülh Fondundan istifadə edir. Avropa İttifaqının hərbi xərcləri, o cümlədən Ukraynaya yardımla bağlı xərcləri ödəmək üçün bu fonddan istifadə olunur. Amma Avropa Komissiyası bu dəfə fərqli hərəkət etməyi təklif edib. Onun hazırladığı və səfirlərin təsdiq etməli olduğu siyasi saziş layihəsində göstərilir ki, Sülh Fondu 35 milyard vəsaitin yalnız 5%-ni alacaq. Aİ qanunvericiliyinə görə, Aİ-nin hər bir üzvü büdcədənkənar fonddan vəsaitin ayrılmasına veto qoymaq hüququna malikdir. Büdcədən xərclər Avropa İttifaqında səs çoxluğu ilə təsdiq edilir.

Beləliklə, Brüsselin qələbəsi Aİ və Macarıstan münasibətlərinin mübahisəli məsələlərindən biri üzrə Orbanla uzun sürən qarşıdurmaya son qoyacaq. Rəsmi Budapeşt artıq bir ildir ki, Ukraynaya 6 milyard avroluq yardımın 8-ci tranşını əngəlləyir. Bu vəsait Aİ ölkələrinə Ukrayna ordusuna ayrılan silahların dəyərini kompensasiya etməyə yönəldilməlidir. Polşa bununla bağlı xüsusi narazılığını bildirib. Nəzəri olaraq o, Sülh Fondundan ən çox vəsait alan tərəf olmalıdır, lakin Macarıstan hökumətinin yaratdığı maneələrə görə o, ödənişləri aylarla gözləməli olur.

İyul ayında polşalı nazir müavini Teofil Bartoşevski Macarıstanın vetosu üzündən ölkəyə 468 milyon avro verilməyəcəyinə görə o qədər hiddətlənib ki, qəzəblə Orbana Macarıstanı Aİ-dən çıxarmağı və Vladimir Putin və digər avtoritarların nümayəndələri ilə ittifaq yaratmağı təklif edib. Buna cavab olaraq Macarıstanın baş naziri Polşa hakimiyyətini ikiüzlülükdə ittiham edib. Onun sözlərinə görə, Polşanın narazılığının yeganə səbəbi Macarıstanın Rusiya Federasiyası ilə vasitəçilər vasitəsilə ticarət aparan polşalılar kimi gizli deyil, açıq şəkildə Rusiya ilə iş aparmasıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR