Onlayn ictimai-siyasi qəzet
Avropa Komissiyası 2040-cı ilə qədər Avropa İttifaqının istixana qazı emissiyalarını 90 faiz azaltmaq və 2050-ci ilə qədər xalis sıfıra çatdırmaq planını əks etdirən sənəd layihəsini təqdim edib.
Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Qəzetin yazdığına görə, 2050-ci ilə qədər belə bir nəticə əldə etmək üçün Avropa İttifaqı ölkələri 2031-ci ildən karbon qazının tutulması texnologiyalarının inkişafına, əməyin “yaşıl” sənayelərə ötürülməsinə və enerji sektorunun karbonsuzlaşdırılmasına təxminən 1,63 trilyon dollar sərmayə qoymaq lazımdır.
Avropa Komissiyasının layihəsində deyilir ki, istixana qazları emissiyalarının azaldılması “biznes üçün enerji xərclərini sabitləşdirmək, iş yerləri yaratmaq, həyat keyfiyyətini yaxşılaşdırmaqla bağlı yeni imkanlar verəcək, iqlim dəyişikliyinin mənfi nəticələrini minimuma endirəcək”.
2021-ci ilin iyununda Avropa Parlamenti Aİ ölkələrini istixana emissiyalarını 1990-cı il səviyyələri ilə müqayisədə 55 faiz azaltmağa məcbur edən “Avropa İqlim Qanunu”nu qəbul edib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ