İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Ermənistana 32 milyon avro qrant ayırdı

Avropa İttifaqı Ermənistana təbiət və dəqiq elmlər, eləcə də mühəndislik (STEM fənləri) üzrə məktəb laboratoriyalarının yaradılması üçün 32 milyon avro qrant verəcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu saziş Ermənistan hökumətinin iyulun 27-də keçirilən iclasında təsdiqlənib.

Proqrama Ararat, Kotayk və Geqarkunik rayonlarının bütün məktəbləri və Sünik vilayətinin Qafan şəhərindəki 13 məktəb - ümumilikdə 340-a yaxın məktəb daxil olacaq. Burada laboratoriyalar tikiləcək, müəllimlər qeyri-formal təhsil metodlarını əhatə edən yeni tədris metodikası üzrə yenidən hazırlıq keçəcəklər.

Layihənin əsasən Sünik və Qafanı əhatə etməsi diqqət çəkir. Qeyd edək ki, iki il bundan öncə Avropa Sünik bölgəsinin inkişafı üçün ilkin olaraq 51 milyon avro pul ayırmışdı.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR