İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Ermənistana 14,2 mln. avro qrant verib

Avropa İttifaqı Ermənistanın dövlət büdcəsinə 14,2 milyon avro köçürüb.

Musavat.com "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın müşaviri Mane Adamyan feysbuk səhifəsində bildirib.

Onun sözlərinə görə, bu məbləğin 6 milyon avrosu baş nazirin müavininin ofisi tərəfindən pandemiyanın nəticələrinin aradan qaldırılmasının reallaşmasına və ölkənin sosial-iqtisadi dayanıqlılığının güclənməsinə yönəldiləcək. O qeyd edib ki, bu ikitərəfli qrantlar proqramı çərçivəsində köçürülən sonuncu tranşdır.

Avropa İttifaqı sözügedən layihə çərçivəsində son iki ildə Ermənistana 30 milyon avro ayırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR