İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı “B” planını işə salacaq, əgər...

Avropa İttifaqı ölkələrinin fevralın 1-də keçiriləcək sammitində növbəti dörd ildə Ukraynaya 50 milyard avroluq dəstək proqramının təsdiqi ilə bağlı razılığa gəlinməsməsi halı üçün Avropa Komissiyası alternativ yardım layihəsi hazırlayır. Bu barədə AK prezidenti Ursula fon der Lyayen Belçikanın Baş naziri Aleksandr De Kroo ilə birgə mətbuat konfransında məlumat verib: "Əlbəttə, əsas prioritet Avropa İttifaqının 27 ölkəsinin hamısının razılığa gəlməsidir. Lakin biz artıq başqa cür istifadə oluna biləcək əməliyyat həlləri üzərində işləyirik. Milad bayramından əvvəl (5 dekabr) biz Ukraynaya 18 milyard avro məbləğində proqramımız çərçivəsində son 1,5 milyard avro məbləği köçürdük. Deməli, Kiyevin bu ilin əvvəlində vəsaiti var və bu, həll yolu tapmaqda bizə bir az sərbəstlik verir”.

O, alternativ proqramın təfərrüatlarını açıqlamayıb, həmçinin 2024-cü ildə Aİ-nin Kiyevə maliyyə yardımının nə qədər tez çatdırılacağı ilə bağlı birbaşa suala cavab verməyib. Belçikanın baş naziri əmin olduğunu bildirib ki, Aİ sammiti iştirakçıları Kiyevə yardım proqramı üzrə razılığa gələ biləcəklər.

2023-cü ilin dekabrında keçirilən sammitdə Aİ ölkələri dörd il ərzində Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımı proqramını qəbul edə bilmədi. Bu pulun 33 milyard avrosunun kredit, 17 milyard avronun isə qrant şəklində ayrılması nəzərdə tutulurdu. Bu proqramı həyata keçirmək üçün Avropa Komissiyası tarixdə ilk dəfə olaraq Aİ ölkələrindən icma büdcəsinə əlavə töhfələr vermələrini xahiş etdi. Dörd il üçün 50 milyard avro ayda 1 milyard avrodan bir qədər çoxdur. 2023-cü ildə Ukrayna Aİ-dən ayda 1,5 milyard avro alıb.

Ukraynaya yardımın qarşısını kəsən Macarıstanın rəhbəri Viktor Orbanın Rusiyapərəst mövqeyidir. Onun sayəsində Rusiya Avropa İttifaqının Ukraynaya dəstək qərarının 2 aya yaxın yubanmasına nail olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR