İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı ANAMA-ya 2.5 milyon avro ayırıb

"Avropa İttifaqı (Aİ) Azərbaycanda minatəmizləmə prosesinə öz dəstəyini verir. Bu məqsədlə Aİ tərəfindən ANAMA-ya 2.5 milyon avro ayrılıb".

Musavat.com bildirir ki, bu sözlər Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Piter Mixalko bildirib.

O, qeyd edib ki, dünyada mina qurbanlarının 80%-i dinc insanlar, uşaqlardır:
"Biz başa düşməliyik ki, mina təmizləmə ilə yanaşı, yeni minaların basdırılmasının qarşısını almalıyıq. Aİ Azərbaycan və Cənubi Qafqaza dəstəyini əsirgəməyəcək. İttifaq Azərbaycana minatəmizləmə prosesində ekspert dəstəyi verəcək, həmçinin işağldan azad olunan ərazilərin bərpa olunmasına və yenidənqurma işlərinə dəstək verəcək".

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR