İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa ilə ABŞ arasında ticarət müharibəsi başlaya bilər

Avropa İttifaqının (Aİ) ABŞ-ın qəbul etdiyi İnflyasiyanın Azaldılması Aktına (IRA) reaksiyası müttəfiqlər arasında ticarət müharibəsi təhlükəsi yaradır.

“Report” xəbər verir ki, bu proqnozu Almaniyanın “Die Welt” nəşri verib.

Qeyd olunub ki, avropalı siyasətçilər birliyin ABŞ Prezidenti Cozef Baydenin “genişmiqyaslı sənaye və siyasi hücumu”na cavab tədbirləri müzakirə ediblər. Nəşr yazıb ki, Aİ-yə üzv ölkələr Fransa da daxil olmaqla sərt xətt tərəfdarlarına qulaq assalar, bu, “transatlantik subsidiya yarışı” riskinə gətirib çıxaracaq və həmçinin Avropanın proteksionizminin artmasına və ABŞ-la ticarət müharibəsinə səbəb ola bilər.

“Bu, partlayıcı qatışıqdır. Fransa xüsusilə Avropanın sərt reaksiyasında israrlıdır”, - qəzet qeyd edib.

Vurğulanıb ki, hətta əvvəllər istisna edilmiş tədbirlər, məsələn, subsidiyalar və dövlət satınalmaları üçün “Avropa malı al” qaydası nəzərdən keçirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR