İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Dərman Agentliyi: Aİ-də COVID-19-un yeni dalğası başlayıb

Avropa Dərman Agentliyi (EMA) Avropa İttifaqında COVID-19 epidemiyasının yeni dalğasının müşahidə olunduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, EMA rəsmiləri yaşı 60-dan çox olanların və tibbi cəhətdən həssas insanların peyvəndin ikinci gücləndirici dozasını qəbul etmələrini tövsiyə ediblər.

Agentliyin peyvənd strategiyasına cavabdeh rəsmisi Marko Kavaleri bildirib ki, Aİ-nin bir çox ölkəsində omikron ştamının yüksək yoluxucu mutasiyaları ilə idarə olunan COVID-19-un yeni dalğası başlayıb. BA.4 və BA.5 variantlarının bütün qitədə dominant olmasının gözlənildiyini deyən M.Kavaleri bu variantların iyulun sonuna kimi bütün digər variantları əvəz edəcəyini qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR