Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikası Audiovizual Şurası media üçün brifinq təşkil edilib.
Musavat.com xəbər verir ki, Audiovizual Şuranın sədri İsmət Səttarov 2024-cü il ərzində açıq yayımlanan ümumölkə yerüstü televiziya proqramlarının janr üzrə statistikasının təhlili ilə bağlı nəticələri diqqətə çatdırıb.
O bildirib ki, Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2024-cü il ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb:
"Statistikaya əsasən, açıq ümumölkə yerüstü televiziya yayımında keçən il ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olub:
23,4% - informasiya və analitik proqramlar
16,0% - idman proqramları
14,1% - reklam məzmunlu materiallar
13,5% - musiqi və əyləncəli proqramlar
12,8% - bədii filmlər və seriallar
8,7% - mədəni-maarif janrında proqramlar
3,3% - anonslar və elanlar
3,1% - sənədli film və materiallar
2,8% - sosial proqramlar
1,2% - uşaq proqramları və cizgi filmləri
1,1% - sosial çarxlar".
Nigar HƏSƏNLİ,
Musavat.com
03 Mart 2025
02 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ