Onlayn ictimai-siyasi qəzet
“Atamın vəziyyəti yaxşılaşıb. Növbəti həftələrdə evə buraxılacaq”.
Bunu Musavat.com-a açıqlamasında Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin oğlu, jurnalist Səbuhi Vaqifoğlu deyib. O bildirib ki, atasının müalicəsi davam edir:
“Atam normal qidalanmaya keçib. Müalicəsi və fizioterapiyası davam edir. Həkimlər bildirir ki, artıq aktiv rejimə keçib. Növbəti həftələrdə evə buraxılması gözlənilir”.
Qeyd edək ki, V. Əliyev bir müddət əvvəl komaya düşmüşdü. Onun qanında infeksiya aşkarlanmışdı və sepsis və septik şok diaqnozu qoyulmuşdu.
Şahanə Rəhimli
Musavat.com
03 Noyabr 2025
02 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ