Onlayn ictimai-siyasi qəzet
ATƏT PA-nın sessiyasında iştirak etmək üçün İrəvana gedən nümayəndələr revanşistlərin etirazları ilə üzləşiblər.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Etirazçılar onları “Ayıb!” şüarı ilə qarşılayıblar.
Respublika meydanına toplaşan fəallar Avropa parlamentarilərini Ermənistandakı siyasi məhbuslara və Qarabağın hərbi-siyasi rəhbərliyinin nümayəndələrinin Azərbaycanda həbsinə susduqlarına görə təhqir ediblər.
Ermənistan Respublikaçılar Partiyasının nümayəndəsi Eduard Şarmazanov deyib: "ATƏT Azərbaycan həbsxanasında insanların əziyyət çəkməsinə səssizcə baxır. Biz bundan sonra susmayacağıq".
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ