İnsanlara hürriyət, millətlərə istiqlal!

“Atatürk” serialı yayımlanacaq – ancaq necə...

Erməni lobbisi və diaspor təşkilatlarının təzyiqi ilə Disney Plus tərəfindən yayını ləğv edilən 6 bölümlük “Atatürk” serialı ikisi kinoteatrda, biri televiziyada olmaqla 3 filmə çevrilir. Filmlərin nümayiş tarixləri də dəqiqləşib.

Musavat.çom Türkiyə mediasında istinadla bildirir ki, rejissoru Mehmet Ada Öztekin olan bu film ötən ildən Türkiyədə yayıma başlayıb. Filmdə baş rolu Aras Bulut İynemli oynayır. Ekran əsəri Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün gənclik illərindən bəhs edir.

Amerika Erməni Milli Komitəsinin təzyiqindən sonra Disney Plus-ın bu qərarı böyük əks-səda doğurmuşdu. Avqustun 2-də Walt Disney-in Türkiyə ofisi “Atatürk” serialının televiziya kanalında və kinoteatrlarda yayımlanacağını açıqlayıb.

Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü tədbirləri çərçivəsində çəkilən 6 bölümlük serialdan səhnələr seçilərək televiziya filmi halına salınıb və bu film 29 oktyabr 2023-cü ildə televiziyada yayımlanacaq.

Bundan əlavə, 6 bölümlük serialın hər biri 3 bölümdən ibarət olmaqla 2 film şəklində Türkiyənin kinoteatrlarında nümayiş etdiriləcək. İlk 3 seriya noyabrın 3-də tamaşaçılara təqdim ediləcək.

Serialın 4-5-6-cı bölümlərdən ibarət ikinci hissəsi 6 yanvar şənbə günü kinoteatrlarda nümayiş olunacaq. Filmin prodüser və rejissor komandası yaxın günlərdə mövzu ilə bağlı mətbuat konfransı keçirəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR