Onlayn ictimai-siyasi qəzet
"Ata-anamı Xaçatryan güllələyib. O, girovlara işgəncə verirdi".
Musavat.com xəbər verir ki, bu sözləri Yasamal Rayon Məhkəməsində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmiş Nadir Əkbərov deyib.
Zərərçəkmiş qeyd edib ki, Vaqif Xaçatryan rus silahlılarını kəndə gətirib:
"Nemətin evinin üstündən rus əsgərləri ilə birlikdə kəndə Vaqif Xaçatryan atəş açdı. Rus silahlılarını kəndə Xaçatryan gətirmişdi. Səhər tezdən kəndi pulemyotlarla atəşə tutdular, gülləbaran elədilər. Əvvəlcə Azərbaycan dilində, sonra rus, sonra isə erməni dilində mikrofonla qışqırdılar ki, kəndi tərk edin. Evimdən çıxanı güllələdilər. Atamı və anamı Vaqif Xaçatryan güllələyib".
Zərərçəkmiş Vaqif Xaçatryanı tanıdığını, lakin onunla ünsiyyətdə olmadığını deyib:
"Messi, Armais, Ermes, Vaqif əsas başçılardan idi. Özlərini millətçi adlandırırdılar. Tutulanda televizorda görən kimi tanıdım bunu. Doğrudur, heç vaxt münasibətim olmayıb, amma onu yaxşı tanıyırdım".
Xalidə Gəray
Video və foto müəllifindir
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ