Onlayn ictimai-siyasi qəzet
Ukraynada hazırda davam edən müharibədə daha bir soydaşımız həlak olub.
Musavat.com bildirir ki, bu barədə jurnalist İdrak Camalzadə məlumat yayıb. 40 yaşlı Sadıqov Seymur Şıxali oğlu Ukrayna ordusunun tərkibində Baxmutda gedən döyüşlər zamanı həlak olub. Əslən Astara rayonundan olan Seymurun müharibəyə könüllü olaraq qoşulduğu bildirilir.
Qeyd edək ki, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski may ayında Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 26 azərbaycanlının həlak olduğunu bildirmişdi. Azərbaycan diasporunun təmsilçiləri isə onlar sayının 40-dan çox olduğunu bildirib.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qabil Osmanlı isə sosial şəbəkədə yazıb ki, 40 yaşlı Seymur Sadıqov Baxmut istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olub.
Allah rəhmət eləsin!
Musavat.com
08 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ