İnsanlara hürriyət, millətlərə istiqlal!

Astarada “VI Azərbaycan-Alman-Türk Tibb Konqresi” və VIII Bakı Beynəlxalq Tibbi Treyninq Günləri” keçirilib-fotolar, video

Heydər Əliyev Fondunun dəstəyi ilə Astara rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş Beynəlxalq səviyyəli VI Azərbaycan-Alman-Türk Tibb Konqresi və VIII Bakı Beynəlxalq Tibbi Treyninq Günləri öz işinə başlayıb.

Tədbirdə VI Azərbaycan-Alman-Türk Tibb Konqresi və VIII Bakı Beynəlxalq Tibbi Treyninq Günlərinin təşkilat komitəsinin sədri, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının İdarə heyətinin sədri, Millət vəkili, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Özbəkistan Respublikasının səhiyyə nazirinin müavini Abrorcon Alicanov, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru Nazim Qasımov, Konqresin idea müəllifi, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri Qurbanxan Müslümov, Millət vəkilləri İlham Məmmədov, Müşfiq Məmmədli, Almaniya, Türkiyə, Özbəkistan, Slovakiya, Bosniya-Hersoqovina, Filippin, Sinqapur və bir sıra dünya ölkələrindən olmaqla 60 nəfərdən çox xarici məruzəçi, moderator, eyni zamanda Avropa və Asiya Endoskopik və Laparoskopik cərrahlar cəmiyyətlərinin rəsmiləri, bölgələrdə fəaliyyət göstərən tibb müəssisəslərində çalışan tibb heyəti və digər qonaqlar iştirak edib.

İlk olaraq Ümummilli lider Heydər Əliyevin Astarada ucaldılmış abidəsini önünə tər çiçəklər düzüb, onun əziz xatirəsini ehtiramla yad edilib.

Daha sonra Azərabaycan Respublikasının Dövlət Himni səsləndirilib, əbədiyaşar lider Heydər Əliyevə həsr edilmiş sənədli film izlənilib. Ümummilli lider bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən Astara Rayon İcra Hakimiuyətinin başçısı Qəzənfər Ağayev beynəlxalq konfransın Astarada keçirilməsinin mahiyyət və önəmindən bəsh edib. Q.Ağayev Ulu Öndər Heydər Əliyev tərəfindən bölgələrdə səhiyyə sahəsinin inkişafı istiqamətində əvəzsiz işlər görüldüyünü bildirib. O, ölkəmizdə vətəndaşların tibbi xidmətə əlçatanlığının təmin edilməsi məqsədilə həyata keçirilən islahatların tarixi varislik missiasının əsas hissəsi olduğunu qeyd edib.

Millət vəkili, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov Heydər Əliyevin Azərbaycan tarixindəki mühüm rolundan, Azərbaycan dövlətçiliyinin yaranmasındakı xidmətlərindən danışıb.

Rəşad Mahmudov Heydər Əliyev üçün insanların səhhətinin, xalqın sağlamlığının bütün taleyüklü məsələlərdən öndə gəldiyini, ixtisaslı milli kadrların hazırlanması, ölkə səhiyyəsinə qazandırılmasının Heydər Əliyev şəxsiyyətinin müstəqil Azərbaycan tibbinə xüsusi töhfə olduğunu vurğulayıb. Rəşad Mahmudov onun hakimiyyəti dövründə yüzlərlə gənc həkimin xaricdə təhsil üçün göndərilməsinin sonrakı dövrdə ölkə səhiyyəsinin üzləşə biləcəyi kadr çatışmazlığının qarşısının alınması üçün hesablanmış əvəzsiz xidmət olduğunu bildirib.

R.Mahmudov Ulu Öndər ideyalarının və xidmətlərinin onun siyasi varisi ölkə başçısı cənab İlham Əliyev tərəfindən qüsursuz şəkildə davam etdirildiyini, tibbdə xidmət keyfiyyətinin yaxşılaşdırılması, vətəndaş məmnunluğunun artırılması, maddi-texniki bazanın müasir standartlara uyğun formalaşdırılması və həkimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühim işlər görüldüyün qeyd edib.

TƏBİB-in İcraçı direktorun müavini Anar İsrafilov konfransın keçirilməsinin böyük tarixi əhəmiyyət daşıdığını bildirib. O, Ulu Öndər Heydər Əliyevin ölkə səhiyyə sferasını əhatə edən köklü islahatların həyata keçirilməsində rolu və müstəsna xidmətlərinin tibb işçiləri tərəfindən böyük minnətdarlıqla anıldığını qeyd edib. A.İsrafilov hələ siyasi hakimiyyətə gəlişinin ilk illərindən bütün ölkə miqyasında səhiyyə sisteminin kompleksləşdirilməsi istiqamətində gördüyü işlərin, tibb ocaqlarının həmin dövrün standartlarına cavab verən tərzdə yenidən və əsaslı qurulmasının, əhalinin sağlamlığının qorunması istiqamətində imzalanmış sənədlərin tarixi əhəmiyyət daşıdığını vurğulayıb. Heydər Əliyevin siyasi kursu bütün istiqamətlərdə olduğu kimi səhiyyə sahəsində də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən İcraçı direktorun müavini hazırda səhiyyəmizin ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın həssas qayğısı ilə özünün intibah dövrünü yaşadığına əminliyini ifadə edib.

Azərbaycan Respublikası səhiyyə naziri Teymur Musayev və Özbəkistan Respublikasının səhiyyə naziri İnoyatov Amrillo Shodievichin konfrans iştirakçılarına video müraciətləri ünvanlanıb.
Daha sonra Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri Qurbanxan Müslümov Özbəkistan səhiyyəsinin inkişafında göstərdiyi xidmətlərə görə Özbəkistan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən medalla təltif edilib. Heydər Əliyev Fondu üçün xüsusi təsis edilmiş Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilən xatirə hədiyyəsi Özbəkistan Respublikasının səhiyyə nazirinin müavini Abrorcon Alicanov tərəfindən Rəşad Mahmudova təqdim edilib.

Tədbirdə çıxış edən Millət vəkilləri İlham Məmmədov, Müşfiq Məmmədli, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri Qurbanxan Müslümov, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru Nazim Qasımov,AMEA-nın müxbir üzvü Südeyf İmamverdiyev, Prof. Stefan Post Konqresin mahiyyətindən və iştirakçıların əldə edəcəyi zəngin təcrübədən bəhs ediblər. Tədbir plenar iclaslar və mədəni proqram ilə davam etdirilib.

Qeyd edək ki, 22 aprel 2023 tarixində öz işinə başlayan konqres işini 23 aprel 2023-cü il tarixində Cənub regionu, Astara, Lerik və Masallı Rayon Mərkəzi Xəstəxanalarında treyninq və ustad dərsləri ilə davam etdirib. Treyninq və ustad dərsləri çərçivəsində 12 ixtisas üzrə təlimlər keçirilib və regionda ilk dəfə icra olunan endoskopik əməliyyat plenar iclas zalına birbaşa translyasiya olunub və interaktiv müzakirə edilib. Tədbir 24-25 aprel tarixlərində Bakı şəhərində davam edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR