İnsanlara hürriyət, millətlərə istiqlal!

Astarada 19 yaşlı gənc yaşayış olmayan həyətdə özünü asıb

Astarada 19 yaşlı gəncin meyiti tapılıb.

Hadisə rayonun Ərçivan qəsəbəsində qeydə alınıb.

Səhər saatlarında 2004-cü il təvəllüdlü qəsəbə sakini Sənan Rövşən oğlu Əfsəlovun meyiti yaşayış olmayan həyətyanı ərazidə asılmış vəziyyətdə aşkar edilib. Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi məlum deyil. Mərhumun evdən çıxaraq heyvanları örüşə apardığı deyilir. İlkin ehtimala görə, 19 yaşlı gənc intihar edib. (APA)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR