İnsanlara hürriyət, millətlərə istiqlal!

Aşqabad Özbəkistan və Tacikistana strateji tərəfdaşlıq təklif etdi: Məqsəd

Bu gün Aşqabadda Asiyanın 3 dövlətinin rəhbərləri bir araya gəlib. İlk dəfə olaraq Özbəkistan, Tacikistan və Türkmənistan dövlət başçıları görüşərək, qarşılıqlı əməkdaşlığı müzakirə ediblər.

Musavat.com Türkmənistanın rəsmi məlumatına istinadən xəbər verir ki, görüşdən sonra mətbuata açıqlama verən Türkmənistanın xarici işlər naziri Rəşid Meredov bildirib ki, ölkəsi Özbəkistan və Tacikistana qaz sahəsində strateji əməkdaşlıq təklif edib: “Türkmənistan nəhəng qaz ehtiyatlarına malikdir. Qaz ixracınln diversifikasiya olunması, bu zaman istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqları arasında balansın qorunması bizim üçün beynəlxalq enerji layihələrinin icrası prosesində baza prinsiplərini təşkil edir. Məhz bu prinsipdən çıxış edərək türkmən tərəfi Türkmənistan, Özbəkistan və Tacikistan arasında qaz sahəsində strateji tərəfdaşlığın qurulmasını təklif edib”.

Meredov həmçinin qeyd edib ki, artıq ölkəsi ilə digər iki ölkə arasında elektrik enerjisi sahəsində uğurlu tərəfdaşlığın əsası qoyulub: “Bu gün bizim qarşımızda bu vacib sektorda qarşılıqlı faydalı əməkdaşlıq istiqamətində yeni imkanlar açılır və biz qaz sahəsində də əməkdaşlığa da mühüm əhəmiyyət veririk”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR