Onlayn ictimai-siyasi qəzet
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyası öz plenar iclasında "Rusiyanın dövlət aktivlərinin müsadirə edilməsini və onlardan Ukraynanın bərpasını dəstəkləmək üçün istifadə edilməsini" tövsiyə edib. Bu, "Ukraynanı gücləndirəcək, Rusiyanın hesabatlılığını təmin edəcək və gələcək təcavüzdən qoruyacaq".
Lulzima Başinin (Albaniya) hesabatına əsaslanan bu məzmunlu qətnamə yekdilliklə qəbul edilib. Avropa Şurası Parlament Assambleyası hesab edir ki,"təcavüzkar dövlət Rusiya öz qanunsuz hərəkətləri nəticəsində, o cümlədən infrastrukturun dağıdılması, insan itkisi və iqtisadi çətinliklər səbəbindən dəymiş ziyana görə tam kompensasiya ödəməlidir".
Qətnamədə həmçinin deyilir ki, bir sıra ölkələr tərəfindən dondurulmuş Rusiya dövlətinin maliyyə aktivləri (300 milyard ABŞ dolarlına yaxın) Ukraynanın bərpası üçün verilməlidir. Ukraynanın infrastrukturuna və iqtisadiyyatına dəyən sənədləşdirilmiş ziyan 2023-cü ilin iyununda 416 milyard ABŞ dollarına çatıb".
Avropa Şurası Parlament Assambleyası Avropa Şurasının himayəsi altında "beynəlxalq kompensasiya mexanizmi"nin yaradılmasına çağırıb. O həmçinin "beynəlxalq trast fondu"nun yaradılmasını tövsiyə edib ki, Rusiya Federasiyasının həbs edilmiş dövlət aktivləri buraya əlavə ediləcək.
Aprelin 16-da Avropa Şurası Parlament Assambleyası Kosovonu Avropa Şurasına üzv olmağa dəvət etməyi və bu ölkənin öz öhdəliklərini yerinə yetirməsini izləməyi tövsiyə edib.
Məruzəni Dora Bakoyannis (Yunanıstan) hazırlayıb. Sənəd 131 lehinə, 29 əleyhinə və 11 bitərəf səslə qəbul edilib.
Qərarda qeyd olunur ki, "serb çoxluğu ilə Bələdiyyələr Assosiasiyasının yaradılması Kosovo serblərinin hüquqlarının qorunmasını təmin etmək üçün" vacib addım" olardı".
Bu, "gələcəkdə Nazirlər Komitəsində Kosovonun Avropa Şurasına daxil olması barədə bəyanata baxılmasının bir hissəsi olmalıdır"./turan.az
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ