İnsanlara hürriyət, millətlərə istiqlal!

"Aşıq Ələsgərin heykəlini bəyənmədim, Koroğlununku isə..." - VİDEO

Xalq rəssamı Ömər Eldarov Bakıda ucaldılan tanınmış şəxsiyyətlərin heykəlləri ilə bağlı açıqlamalar verib.

“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyevanın RTV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsində qonaq olan heykəltaraş bir neçə heykəl haqqında tənqidi fikirlər səsləndirib.

Ö. Eldarov deyib ki, Aşıq Ələsgərin heykəlini bəyənməyib:

“Aşıq Ələsgərin heykəli heç xoşuma gəlmədi. Professionallıq tərəfdən bəyənmədim. Şəhərdəki hər heykəl gərək yüksək səviyyədə olsun. Çünki bu heykəllər qoyulur və uzun illər qalır. Koroğlunun heykəli Tokay Məmmədov tərəfindən hazırlanıb. Tokay yaxşı heykəltəraş olsa da, bir neçə dəfə səhvləri olub. O, daha çox sənədlərə, yazılanlara baxırdı. Dastanda yazılıb da… Demək olar, göstərmək olmaz. Koroğlunun heykəlində heç nə düz deyildi. Yazılanları vizual göstərmək olmaz”. (Olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

02 May 2025

BÜTÜN XƏBƏRLƏR