Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, İrəvan polisi Türkiyə səfirinin qətlinə görə 40 il ABŞ həbsxanasında yatmış terrorçu, ASALA üzvü Ambik Sasunyanı saxlayıb.
“ASALA da Paşinyanı devirmək üçün hərəkətə keçib. İrəvan polisi hökumət əleyhinə etiraz aksiyalarında iştirak edən ASALA terror təşkilatının üzvü Ambik Sasunyanı saxlayıb.
Göründüyü kimi, Ermənistanda türkə nifrət bəsləyənlər hakimiyyəti devirərək yenidən bölgəni savaş meydanına çevirmək istəyirlər”.
Musavat.com xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov qeyd edib.
Xatırladaq ki, Ambik Sasunyan 1963-cü il yanvarın 5-də Livanın paytaxtı Beyrutda anadan olub. Bir müddət sonra ailəsi ilə birlikdə ABŞ-a köçüb. Erməni Gənclər Federasiyası (Armenian Youth Federation) və “Erməni soyqırımına ədalət uğrunda” erməni terror təşkilatının üzvü olub. 1982-ci il yanvarın 28-də səhər saatlarında terrorçu Krikor Saliba ilə birlikdə avtomobili işıqforda dayanan Türkiyənin baş konsulu Kamal Arıkana odlu silahdan atəş açaraq qətlə yetirib. ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqan hadisəni terror aktı adlandıraraq, qətli pisləyib.
Erməni terrorçu 1984-cü ildə ömürlük həbs cəzasına məhkum edilib. İstintaqdan yayına bilən K.Salibanın isə həmin ildə Livandakı vətəndaş müharibəsində öldürüldüyü iddia edilib. 2006 və 2010-cu illərdə ABŞ məhkəməsi Sasunyanın əfv edilməsi ilə bağlı müraciətini təmin etməyib. 2016-cı ildə onun azad olunması qərarı o vaxtkı Kaliforniya qubernatoru Cerri Braun tərəfindən rədd edilib. Qubernator bu qərarı ABŞ dövlət katibi Reks Tillersonun və baş prokuror Ceff Seşşonun məktubları ilə əsaslanıdırıb.
2019-cu ilin dekabrında Məhbuslara Azadlıq Şurası Sasunyanı azad etmək qərarına gəlib, lakin əyalət qubernatoru Qavin Nyusom bu qərarı rədd edib. 24 fevral 2021-ci ildə Los-Anceles Məhkəməsi qubernator Nyusomun qərarını ləğv edib. Qubernator bildirib ki, bundan sonra məhkəmənin qərarından apellyasiya şikayəti verməyəcək. Bundan sonra Ambik Sasunyan azadlığa buraxılıb və Ermənistana gedib.
Xalidə Gəray
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ