İnsanlara hürriyət, millətlərə istiqlal!

Arzuman Abdulkərimov Azərbaycanın bütövləşməsindən DANIŞDI: "Prosesə elələri qoşulub ki..."

“İndi hər kəs Güney Azərbaycandan, Azərbaycanın bütövləşməsindən danışır. Çox şükür. Bizim də istədiyimiz bu idi”.

Musavat.com xəbər verir ki, bu sözləri “Hilal” Sosial Araşdırmalar Mərkəzinin sədri Arzuman Abdulkərimov deyib.

“Amma hadisələrin gedişini izlədikçə adamı vahimə basır. Prosesə elələri qoşulub və ya elələrini qoşublar ki, az qalırsan ideologiyandan imtina edəsən. Gerçək mübarizə adamları qalıb bir tərəfdə, hansısa idbarlar toy toğlusu kimi özlərini verib qabağa, guya Bütöv Azərbaycan qururlar. Əslində, biz belə hallarla çox qarşılaşmışıq. Böyük bir prosesi gözdən salmaq istəyirsənsə, xırda, alverçi xislətli birilərini önə verəcəksən və hadisənin mahiyyətini kiçildib gözdən salacaqsan. İndi də belədir" -  o bildirib.

Arzuman Abdulkərimov qeyd edib ki, bütöv Azərbaycan davası müqəddəs davadır:

"Bugünlərdə dostlarla çox ciddi müzakirəmiz oldu. Hər kəs mən deyənlərlə razılaşır, amma “dövlət tərbiyəmiz imkan vermir bu məsələləri ictimailəşdirək” deyə izahat verirlər. Bütöv Azərbaycan bizim üçün qutsal davadır, bu bizim sevgimizdir. Əgər bu qutsal dava üçün canımızı verməyə hazırıqsa, bütün kompleksləri kənara qoyub mübarizənin önünə keçməli, idbarları prosesdən kənarlaşdırmalıyıq. Bu məsələdə haqqı olan bütün dostlarıma səslənirəm, geriyə yol yoxdur. İmkan verməyin ki, idealımızı gözdən salsınlar. Əks halda... Yaşasın Bütöv Azərbaycan!”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR