İnsanlara hürriyət, millətlərə istiqlal!

Arzu edilməyən müğənni -Qriqori Lepsin ləğv olunan konsertlərə reaksiyası

Rusiyalı müğənni Qriqori Lepsin Özbəkistanda konserti “müəyyən texniki səbəblərə görə” ləğv edilib.

Musavat.com gazeta.uz-a istinadla xəbər verir ki, bir müddət əvvəl Özbəkistanda bir qrup fəal Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarını fəal şəkildə dəstəkləyən sənətçinin çıxışının ləğvini tələb edib.

Daha sonra Özbəkistanın Mədəniyyət və Turizm Nazirliyi konsertin “müəyyən texniki səbəblərə görə təxirə salındığını” bildirib. Alınan biletlər geri qaytarılır.

İyulun 6-da məlum olub ki, Qırğızıstanın Çolpon-Ata şəhərində Qriqori Lepsin avqustun 2-nə planlaşdırılan konserti ləğv edilib. Səbəb isə əhalinin narazılığı olub.

Eyni səbəbdən iyun ayında rusiyalı müğənninin Qazaxıstandakı konserti də ləğv edilmişdi.

Qriqori Leps “Moskva Speaks” radiostansiyasına müsahibəsində Rusiyada və dost dövlətlərdə kifayət qədər iş gördüyünü deyib. Onun fikrincə, “musiqi siyasətdən kənar olmalıdır”.

“Mən indi Qazaxıstan, Qırğızıstan və başqa şeylərsiz necə yaşaya bilərəm?" - deyə müğənni olaya ironik yanaşmağa çalışıb, sonra ciddiləşərək deyib: "Orada insanların çoxu tamamilə normaldır, bir neçə ifrat sol və ya ifrat sağ var - onlara 20 dollar ödənilib, buna görə də  canfəşanlıq etməkdən məmnundurlar. Qalanlarına gəlincə, mənə əhəmiyyəti yoxdur. Mən Rusiyada yaşayıram, dost ölkələrimizdən başqa, demək olar ki, mənə dünyanın bütün ölkələrinə giriş qadağandır - Cənubi Amerika, Malayziya, Türkiyə və s. Mən tamamilə sakitəm, burada evdə tamamilə xoşbəxtəm. Problem deyil. Bundan əlavə, onlar öz ölkələrinin ağasıdırlar, kimisə içəri buraxmaq, kimisə buraxmamaq hüquqları var, amma bunun musiqi ilə heç bir əlaqəsi yoxdur. Musiqi siyasətdən kənar olmalıdır. Görünür, xüsusi əməliyyata dair mövqeyimdən, vətənimə xidmətimdən və oğlanlarımıza kömək etmək üçün hər şeyi etdiyimdən əsəbiləşirlər. Allahları bilsin. Bizi tarix mühakimə edəcək, qalan heç nə məni qətiyyən narahat etmir. Görməli çox işimiz var, doğma vətənimizdə insanlar bizi çox yaxşı qarşılayır, bizi görməyə şaddırlar, mən də buna, şübhəsiz, çox sevinirəm. Sabah mənə dünyada hər yerə səyahət etmək qadağan edilsə, mən fəxr edərəm və yalnız öz ölkəmdə işləyəcəyim üçün sevinərəm”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR