İnsanlara hürriyət, millətlərə istiqlal!

“Arvadları rus hərbçilərinə deyirlər ki...” – Zelenskayadan şok iddia

Ukraynanın birinci xanımı Alyona Zelenskaya Münaqişələrdə seksual zorakılığın qarşısının alınması üzrə konfransda çıxış edərkən, belə dəhşətli hadisələrin taktiki qərar olduğuna şübhə etmədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, Zelenskaya çıxışında Rusiya-Ukrayna müharibəsində bu yöndə baş verən olaylara diqqət çəkib.

“Seksual cinayətlər təkcə zorakılıq və ya insanları təhdid etməklə bağlı deyil, bu, arsenallarındakı başqa bir silahdır. Ona görə də bunları müharibə cinayətləri kimi tanımaq və bütün günahkarları ədalət qarşısında mühakimə etmək çox vacibdir. Cinsi cinayətlər sistemli şəkildə həyata keçirilir və rus əsgərləri bu barədə qohumları ilə telefonla danışırlar”, - Ukraynanın birinci xanımı deyib.

Zelenskaya dinlənilən telefon danışıqlarında rus hərbçilərinin arvadlarının onları zorlamaya təhrik etdiklərini iddia edib:

“Öz həyat yoldaşlarına deyirlər ki, "ukraynalı qadınları zorla, amma bunu mənimlə bölüşmə". Ümid edirəm ki, hazırda Ukraynada baş verən hər şeyə azad dünyadan cavab olacaq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR