İnsanlara hürriyət, millətlərə istiqlal!

Artıq Avropa da satılmır: Rusiya oliqarxları özlərinə yeni ünvanlar axtarırlar

 

Avropa artıq satılmır. Putinin oliqarxları qərbdən cənuba və şərqə uçuş marşrutunu dəyişiblər.

Musavat.com xarici agentliklər istinadən xəbər verir ki,  rusiyalı iş adamları  ölkədən çıxmaq üçün başqa yollara baş vurmağa hazırlaşırlar.


Qərbin qapıları bağlanıb

Belə ki, əvvəllər rus biznesmenləri üçün rahat iş şəraiti yaradılan Litva yaşayış icazəsi olmayan ruslara daşınmaz əmlak almağı qadağan edib. Aprelin 4-də elan edilən bu qərar milli təhlükəsizlik üçün risklərlə izah olunur. Halbuki Ukraynada müharibə başlayandan sonra da rusların Litvaya axınını xeyli artmışdı. Təkcə 2022-ci ildə ruslar bu ölkədə 699 mülk alıblar. Litvada daşınmaz əmlak almaq yaşayış icazəsi almağa imkan verməsə də, lakin alıcıya illik multi-viza üçün müraciət etmək şəraitini yaradırdı.

Hələ 2022-ci ilin martında Avropa Komissiyası Aİ ölkələrini “qızıl” pasportların verilməsi üçün bütün proqramları ləğv etməyə, habelə sanksiya altında olan rusları etibarlı pasportlardan məhrum etməyə çağırmışdı. Bir ildən etibarən bununla bağlı ortaq qərar da qəbul olunub.

“Transparency International”ın Rusiya təşkilatının direktoru İlya Şumanovun sözlərinə görə, Avropa proqramları daşınmaz əmlak alanlar üçün vətəndaşlıq və ya yaşayış icazəsi verməyi  nəzərdə tuturdu. Əvvəllər Avropada “pul naminə” pasport satan o qədər də çox ölkə də olmayıb. Əsasən Cənubi Kipr, Bolqarıstan və Maltada bu siyasət həyata keçirilib.

Maltadan başqa bütün bu ölkələr həmin proqramı ləğv ediblər. Avropa Komissiyası isə Maltaya təzyiq göstərməyə davam edir, üstəlik bununla bağlı ciddi məhkəmə prosesləri gedir. Ruslara və belaruslara qızıl viza hələ də yalnız İspaniya tərəfindən verilir.


Altı oliqarx sahibsiz qalıb

Gələn informasiyalara əsasən, “Forbes” siyahısına daxil olan 6 nəfər artıq Kipr pasportunu itirib. Bunlar Oleq Deripaska, Mixail Qutseriyev, Aleksandr Ponomarenko, Vadim Moşkoviç, Aleksey Kuzmiçev və Qriqori Berezkindir., Bundan başqa onların ailə üzvləri də eyni aqibətlə üzləşiblər.

Öz növbəsində, “Yota” mobil şəbəkənin həmtəsisçisi Sergey Adoniyevin oğulları, Luka və Filip Adoniyevlər bu ilin martında Bolqarıstan vətəndaşlığını itiriblər.

Türkiyə və Cənubi Amerikaya uçuş

Qərb qapılarının bağlanmasından sonra biznes və siyasi elitadan olan insanlar şərq və cənub ölkələrinə köçüb. Şumanovun sözlərinə görə, varlı ruslar indi əsasən Türkiyə vətəndaşlığını almaq üçün sıraya düzülüblər.

Bununla bərabər Putinin ətrafına yaxın insanlardan Venesuela, hətta Paraqvay, Ekvador və Argentinaya köçməyə hazırlaşanlar olduğu barədə məlumatlar gəlir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR