İnsanlara hürriyət, millətlərə istiqlal!

Artak Zakaryan: “Nikol bizə dadsız və qanlı Ukrayna borşu hazırlayıb”  


“Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan ölkəsinin baş naziri Nikol Paşinyanı sərt sözlərlə tənqid edib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, bu barədə Facebook hesabında yazıb.
“Dünən “The Wall Street Journal”a müsahibə verən Nikol erməni xalqı üçün hansı “Ukrayna borşu” hazırladığını deyib. Gələcəkdə hər kəs bu acı, dadsız və qanlı şorbanı bütün acı nəticələri ilə fərq qoymadan dadacaq.

Kabus Qarabağla bitmir, ancaq ikinci, daha qəddar hissə başlayır.
Qərb ancaq uzaqdan yumşaq əllərini anti-Rusiya atəşinə qızdırıb bizə, sadəlövh adamlara “nuş olsun” deyə bilər. Türk yeməyindən həzz alın. İnanmayanlar isə Acarıstana və ya ən pis halda Donbasa getsinlər”,-deyə Zakaryanın statusunda qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR