İnsanlara hürriyət, millətlərə istiqlal!

Arsenyan ermənilərin “qara siyahı”sını TƏQDİM ETDİ - Siyahıda Jurnalistlər və politoloqlar da var

Ermənistanın Rusiyaya yeni təyin olunmuş səfiri Qurgen Arsenyan Ermənistan Xarici işlər nazirliyinə Rusiyada yaşayan və Ermənistana girişinə qadağa qoyulması təklif olunan ermənilərin “qara siyahı”sını təqdim edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Fakt” qəzeti məlumat yayıb.

“Əlimizdə olan məlumatlara görə, siyahıda 550-dən çox ad var: buraya jurnalistlər, mədəniyyət xadimləri, politoloqlar, Rusiya Erməniləri İttifaqının nümayəndələri və s. daxildir. Bu məlumat nəinki təkzib olunmayıb, hətta artıq təsdiq olunub. Bu yaxınlarda valideynlərinin məzarını ziyarət etməyə gələn politoloq Andranik Mihranyanın Ermənistana girişinə qadağa qoyub. Bu qadağanın qeyd etdiyimiz siyahıya nə dərəcədə aidiyyəti olduğunu zaman göstərəcək, amma fakt odur ki, hökumətyönlü sorosçu dairələr xeyli məmnun qalıblar”,- deyə qəzet qeyd edib.

Qəzetin yazdığına görə, siyahıya Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan da daxil edilə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR