İnsanlara hürriyət, millətlərə istiqlal!

Armen Qriqoryan: “Rusiyanın bizə silah vermədiyini unutmamışıq”

 

Rusiyanın Ermənistana müqavilə əsasında silah və sursat verməməsi məsələsi Ermənistan-Rusiya münasibətlərinin gündəmində qalmaqda davam edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan “Amerikanın səsi” radiostansiyasının erməni xidmətinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Minskdə Təhlükəsizlik Şurası katiblərinin Rusiya tərəfi ilə görüşündə bu məsələ müzakirə olunmayıb.

Armen Qriqoryanın fikrincə, bütün problemlərin həllinin tapılması üçün onlar açıq və sakit şəkildə tərəfdaşlarla müzakirə edilməlidir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi bu problemlərin Ermənistan üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb. "Ümid edirik ki, qarşı tərəf də eyni bizim kimi düşünür”,-deyə Armen Qriqoryan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR