İnsanlara hürriyət, millətlərə istiqlal!

Arman Abovyan: “Müharibə artıq çəkindirici vasitə sayılmır”

“Müharibənin bərpası ilə bağlı təhdidlər artıq erməniləri qorxutmur”.

Musavat.com xəbər verir ki, bu barədə erməni politoloq Arman Abovyan öz teleqram kanalında yazıb.

“Bunun yalnız bir mənası var: onların (Azərbaycan) bizi qorxutmağa çalışdıqları müharibə artıq çəkindirici vasitə sayılmır. Çünki Ermənistan cəmiyyətinin şüurlu və düşünən hissəsi anlayır ki, vəziyyətin istənilən inkişafında Türkiyə-Azərbaycan tandemi bu və ya digər şəkildə hərbi əmliyyatlara gedəcək. Bütün sual yalnız tərəflərin başlanğıc mövqelərindədir. İndi sadəcə Soçi görüşünün sonuna qədər gözləmək və vəziyyətin hansı trayektoriyaya keçəcəyini anlamaq lazımdır: sürətli müharibə, yoxsa hələ vaxtımız var. Yeri gəlmişkən, Ermənistan hökuməti ənənəvi olaraq burada qərar vermir (yalnız bu və ya digər sənədin altında imzası var). Bundan sonra məsələ Rusiya-İran VS (ingiliscə “qarşı-qarşıya” mənasını verir) - Türkiyə-Azərbaycan formatında Qərbin dolayısı ilə iştirakıyla həll olunacaq”, - deyə erməni politoloq qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR