İnsanlara hürriyət, millətlərə istiqlal!

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Gündə 6 stəkan...

San-Fransiskodakı Kaliforniya Universitetində aparılan son araşdırma göstərib ki, kifayət qədər su istehlakı sağlamlığı gücləndirir, xüsusən də çəki artımı və böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır.

Musavat.com xəbər verir ki, bu barədə "ScienceBlog" nəşri yazır.

Nəşrdə qeyd edilib ki, susuzluq hissi yaranan kimi su içmək bu narahatlığa son qoyur.

Tədqiqatçılar tərəfindən "JAMA Network Open" jurnalında dərc olunan analizdə su istehlakının müxtəlif faydalarını araşdıran 18 tədqiqat nəzərdən keçirilib. Bu tədqiqatlar gündə 8 stəkan su içmək tövsiyəsinin hələ dəqiq şəkildə sübut edilmədiyini ortaya qoyur. Lakin araşdırma su istehlakı ilə çəki itirilməsi arasında güclü bir əlaqə olduğunu aşkar edib. Belə ki, xüsusilə yeməkdən əvvəl gündə təxminən 6 stəkan su içilməsi çəki itirilməsini əhəmiyyətli dərəcədə sürətləndirib. 

Nəşr yazır ki, bu sadə və iqtisadi cəhətdən səmərəli strategiya, bir çox ölkədə artıq çəki ilə mübarizədə mühüm rol oynaya bilər. Təkcə ABŞ-da bu, səhiyyə sisteminə hər il 173 milyard dollara başa gəlir. Tədqiqatın digər mühüm nəticəsi isə böyrək daşı əmələ gəlməsinin qarşısını almağa yönəlib.

Bunlarla yanaşı, tədqiqatçılar su istehlakının digər sağlamlıq faydalarını da aşkarlayıblar. Su istehlakının artırılması şəkərli diabetin və miqrenin azalması ilə əlaqələndirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR