İnsanlara hürriyət, millətlərə istiqlal!

Arif Hacılı Türkiyədə Ərdoğana rəqib koalisiya ilə görüşdü - FOTOLAR

Müsavat Partiyasının başqanı Arif Hacılı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana rəqib olan "Millət İttifaqı"nın rəhbərləri ilə görüşüb.

Musavat.com xəbər verir ki, Müsavat başqanı bu barədə özünün "facebook" hesabında məlumat və fotolar paylaşıb: "Ankarada Türkiyə Cümhuriyyəti siyasət və dövlət xadimləri, partiya başqanları, millət vəkilləri ilə görüşlərimiz davam edir. Məmləkət Partiyasının başqanı Müharrem İncə, Gələcək Partiyasının başqanı Əhməd Davudoğlu, Demokrat Partiyasının başqanı Gültəkin Uysal, İYİ Partiya başqan yardımçısı, millət vəkili Ridvan İz, Səadət Partiyası başqanı Temel Karamollaoğlu ilə görüşlərimizdə Azərbaycan-Türkiyə münasibətlərinin bu günü və gələcəyi, həmçinin həmin partiyalala Müsavat Partiyasının əməkdaşlıq münasinətlərinin perspektivləri barədə ətraflı müzakirələrimiz oldu."- , deyə partiya başqanı qeyd edib.

Diqqətçəkən məqam ondan ibarətdir ki, bu günə qədər Türkiyə müxalifəti Azərbaycanda öz həmkarları ilə heç bir təmas qurmayıblar və Azərbaycan iqtidarını incidəcək hansısa addımları atmayıblar. Azərbaycan müxalifəti isə, kiçik istisnalar olmaqla Türkiyənin hər-hansısa siyasi təşkilatı ilə əlaqələr qurmaqda çətinlik çəkib. Bunun da səbəbi qeyd etdiyimiz kimi, Türkiyənin iqtidarlı-müxalifətli Azərbaycan davasının yanında olmağı və bu davanı aparan Azərbaycan prezidenti İlham Əliyevi incitmək istəməməsidir.

Gördüyünüz kimi, bu istisna hal baş verib və Türkiyə müxalifəti Azərbaycan müxalifətinin əsas təşkilatlarından biri hesab olunan Müsavat Pariyası ilə əlaqə qurub. Bu prosesin nələrlə nəticələnəcəyi və Türkiyə iqtidarının buna hansı reaksiyalar verəcəyini gələcək zaman göstərəcək.

Musavat.com görüşə dair fotoları təqdim edir.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR