İnsanlara hürriyət, millətlərə istiqlal!

Argentinada yeni hakimiyyətə qarşı kütləvi ETİRAZ - VİDEO

Argentinanın paytaxtı Buenos-Ayresdə yenidən yeni hakimiyyətin siyasətinə qarşı kütləvi etirazlar keçirilir.

Musavat.com xəbər verir ki, etirazçılar bu dəfə şəhərin əsas magistral yollarında nəqliyyatın hərəkətinə mane olmurlar.

Bundan əvvəl prezident Xavier Miley yol hərəkətini bağlayacaq etirazçılara qarşı güc tətbiq etməklə hədələyib.

Qeyd edək ki, ötən həftədən Argentinanın yeni hakimiyyətinin iqtisadi və sosial siyasətinə etiraz edənlər Buenos-Ayresin mərkəzinə toplaşmağa başlayıblar. Prezident Xavier Miley-in andiçmə mərasimindən 10 gün sonra insanlar küçələrə axışaraq hökumətin özünün “şok” adlandırdığı bütün sahələrdə xərcləri azaltmaq siyasətinə etirazlarını bildirirlər.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR