Onlayn ictimai-siyasi qəzet
“Real Madrid”in 19 yaşlı türkiyəli ulduzu Arda Gülərin “Atletik Bilbao” ilə matç öncəsi Karlo Ançelotti ilə mübahisə etdiyi iddia olunur.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat “Real Madrid Exclusivo”da yer alıb.
Xəbərdə qeyd olunub ki, Arda matçdan sonra Ançelotti ilə görüşüb və komandadakı durumu ilə bağlı fikirlərini bildirib.
Arda Gülər məşqçisinə “Mən adi oyunçu olmaq yox, uğurlu olmaq istəyirəm” deyib. Ançelottinin Ardaya "Sakit ol" deyərək cavab verdiyi bildirilib.
Qeyd edək ki, Arda Gülər bu mövsüm Real Madriddə 7 matçda 98 dəqiqə meydanda olub. Futbolçu bu zaman kəsiyində 1 qolla yadda qalıb.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ