İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən bahalı qapıçısı ata oldu - FOTO

Futbol üzrə Gürcüstan milli komandasının qapıçısı Giorgi Mamardaşvili ilk dəfə ata olub.

Qapıçının qızı dünyaya gəlib.

Xoşbəxt ata doğum evindən çəkilən fotosunu sosial şəbəkədə yerləşdirib.

Məlum olub ki, körpəyə Ani adı qoyulub.

Mamardaşvili 2024-cü ilin yayında model Yelena Epitaşvili ilə ailə həyatı qurub.

İdmançı bu il futbol üzrə Avropa çempionatında əsl sensasiyaya çevrildi və dörd matçda 29 seyv etdi ki, bu da diqqətdən yayınmadı.

Mamardaşvilinin transfer qiyməti artıb və hazırda 45 milyon avro təşkil edərək, onu dünyanın ən bahalı qapıçısı edir. (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR