Onlayn ictimai-siyasi qəzet
Noyabrın 24-də Araqatsotn vilayətində (Ermənistanın qərbində yerləşir – red.) avtomobil qəzası baş verib.
Səhər saat 10:50 radələrində İrəvan-Vanadzor avtomobil yolunun Hartavan kəndinin inzibati ərazisində “Volksvagen Tiquan”, “Leksus” və “Qazel” markalı yük avtomobilləri toqquşub.
Bu barədə erməni mediası yazıb.
Məlumata görə, qəza nəticəsində 1 nəfər xəsarət alıb və “Aparan” tibb məntəqəsinə yerləşdirilib.
Bildirilib ki, “Volksvagen Tiquan” Fransanın Ermənistandakı səfirliyinin balansında qeydiyyatdadır və xəstəxanaya yerləşdirilən də səfirliyin əməkdaşıdır.(Axar.az)
15 Aprel 2025
14 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ